İtaliyanın “Sassuolo” klubu baş məşqçisi Roberto De Zerbi ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

41 yaşlı mütəxəssislə anlaşmanın müddəti 2021-ci ilin yayına qədər artırılıb.

De Zerbi “Sassuolo”nu 2018-ci ildən çalışdırır. Komanda onun rəhbərliyi altında 71 oyun keçirib, 21 qələbə qazanıb.

“Sassuolo” hazırda İtaliya A Seriyasında 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.