
İtaliya klubunda baş məşqçi dəyişikliyi
- 16 Fev 2023 14:45
- 355
İtaliyanın “Salernitana” komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi Davide Nikolanı istefaya göndərib.
İtaliyadan olan 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onu bu postda Portuqaliyadan olan Paulo Souza əvəz edib. 52 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
A Seriyasında geridə qalan 22 turda cəmi 21 xal toplamış “Salernitana” turnir cədvəlində 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.