
İtaliya futbolunun əfsanəsi Kvarastxeliyanı unikal futbolçu adlandırdı
- 25 Mar 2023 20:00
- 394
İtaliya futbolunun canlı əfsanələrindən olan Roberto Donadoni “Napoli”nin şərəfini qoruyan Xviça Kvarasyxeliyanın oyununu şərh edib.
Rekord.az xəbər verir ki, Donadonu gürcü futbolçunu unikal adlandırıb: “Kvaratsxeliya sadəcə, unikal futbolçudur. Bilmirəm, o, nə dərəcədə mənə oxşayır, amma deyərdim ki, “Napoli” rəhbərliyinin böyük uğurudur. Texnikasından görsənir ki, özünü ən yaxşı tərəfən göstərmək üçün hər şey edir”.