İkinci dövrəyə hazırlaşan "Mingəçevir" heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Mingəçevir təmsilçisi "Xəzər Lənkəran"ın yetirməsi olan Elsevər Bəkirzadəni heyətinə qatıb.

Maraq üçün deyək ki, Elsevər ölkədən kənarda da oynamağa imkan tapıb. O, 2018-ci ildə İsveçin 3-cü divizionunda çıxış edən "Liksele" ilə müqavilə bağlayıb.