AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 27-də, Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

26 mart
 
İsveç milli komandası

13:00. Mətbuat konfransı
11:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
17:30. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Qeyd edək ki, hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda olacaq. Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.