
İsmayıllıda voleybol turniri
- 12 İyn 2025 10:30
- 54
İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və ATİAHİ İsmayıllı rayon Komitəsinin birgə təşkilatçılığı ilə "15 İyun - Milli Qurtuluş Günü" münasibəti ilə yeniyetmələr arasında voleybol idman növü üzrə İsmayıllı rayon turniri keçirildi.
Rekord.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhadətə ucalmış şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Oyunun keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğ olunması ilə yanaşı məktəb və məktəblilər arasında dostluq tellərinin qurulması, eləcə də, asudə vaxtın səmərəli təşkilindən ibarət olmuşdur.
I yer- E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey
II yer- İsmayıllı rayon E.Bayramov adına Talıstan kənd tam orta məktəb
III yer - İsmayıllı şəhər 5 nömrəli tam orta məktəb
III yer- N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəb. Yarışın sonunda qalib komandalar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və ATİAHİ İsmayıllı rayon Komitəsi tərəfindən hədiyyələr, kubok və diplomlar ilə təltif olunmuşdur.