İsmayıllıda şəhidimizin xatirəsinə həsr olunan turnir keçirilib
- 22:00
- 29
İsmayıllı OİK- də Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan MMA və Grappling Federasiyasının "Tunc" İdman Klubunun və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Tural Rəcəbalıyevin xatirəsinə həsr olunmuş MMA idman növü üzrə İsmayıllı rayon açıq turniri keçirildi.
Rekord.az xəbər verir ki, Dövlət Himnimizin sədaları altında tədbir açıq elan edildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi Bir dəqiqəlik sükutla yad edildi.
Turnirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, şəhid ailələri və digər qonaqlar iştirak etdi. Sonda hər çəki dərəcəsi üzrə qaliblər diplom və medallarla həmçinin şəhid ailələri təşkilatçılar və AzLider Qrup MMC tərəfindən digər hədiyyələrə mükafatlandırıldılar.