İsmayıllı şəhər stadionunda Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 Fevral- Azərbaycan Gəncləri Günü” münasibətilə məşqçi-müəllim Tərlan Vahidovun rəhbərliyi ilə futbol üzrə idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, idman tədbirinin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəsli zərərli vərdişlərdən qorumaq, sağlam həyat tərzinin təşviq olunması, futbol idman növü marağın artırılması və asudə vaxtın idman tədbirləri vastəsilə səmərəli təşkil edilməsidir.