İsmayıllıda cüdo üzrə rayon turniri keçirilib
- 15:22
- 31
İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Baharın gəlişinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə İsmayıllı rayon turniri keçirildi.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd yeniyetmələr arasında idmana marağın artırılması, cüdo idman növünün təbliği, sağlam həyat tərzinin təşviqi, eləcə də gənc idmançıların yarış təcrübəsinin artırılması olmuşdur.
Sonda qaliblər Təşkilatçılar tərəfindən diplom və medallar ilə təltif olundular.