
İskonun "Union Berlin"ə keçidi baş tutmaya bilər
- 31 Yan 2023 20:08
- 411
"Sevilya" ilə müqaviləsinə xitam veriləndən sonra işsiz qalan İskonun "Union Berlin"ə keçidi düyünə düşüb.
Rekord.az xəbər verir ki, daha öncə onun alman klubu ilə 1+1 formatında müqavilə bağlayacağı gözlənilirdi.
Lakin tibbi müayinə uğursuz alındığından keçid baş tutmayıb. Bununla belə, futbolçunun yaxınları keçidin baş tutacağına ümid edir.