
İsgəndərlinin vurduğu qol darmadağına əngəl olmadı
- 00:15
- 48
Albaniya çempionatında 3-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası "Partizani” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Vlajniya" ilə qarşılaşıb və 1:4 hesablı məğlubiyyətə üzülüb.
İsgəndərli start heyətdə yer alıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 26-cı dəqiqədə azərbaycanlı futbolçu vurub.