“Zirə” yeni futbolçu ilə anlaşıb.

Rekord.az xəbər verir ki, qəsəbə klubu bu yay “Qəbələ”dən ayrılmış Məqsəd İsayevi heyətinə qatıb.

28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İsayev daha əvvəl “Neftçi”, “Şamaxı”, “Sabah”, “Səbail” və “Qəbələ”nin şərəfini qoruyub.