Yeni mövsümdən I Divizionda mübarizə aparacaq "İrəvan"ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Rekord.az xəbər verir ki, sözügedən komanda məşqlərini və oyunlarını "ASK Arena"da keçirəcək.

Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyinin gələcəklə bağlı bir neçə ciddi layihəsi var. Təbii ki, bu layihələr ilk növbədə maliyyəyə bağlıdır. Əgər həmin layihələr baş tutsa, "İrəvan" "ASK Arena"nı uzun müddətli icarəyə götürüb, orada daimi məskunlaşmağı adını da dəyişmək düşünür.