Ötən gün Rusiya millisinin heyətində İrana qarşı görüşdə debüt matçına çıxan Anton Zinkovski matçla bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, futbolçu oyunun çətin keçdiyini bildirib: “Millinin heyətində debüt eləmək çox xoş idi. Sağ olsun milli məşqçiləri, mənə bu şansı verdilər. Oyun isə çox ağır keçdi. İran güclü rəqibdi və oyundan sonra demək olar, gücümüz qalmamışdı”.

Qeyd edək ki, İranda oynanılan matç 1:1 hesabı ilə bitib.