
İran hökuməti iranlı futbolçuları bununla hədələyir
- 29 Noy 2022 13:43
- 437
İran millisinin futbolçuların yaxınları DÇ-2022-nin 3-cü turunda ABŞ-la matç öncəsi hakimiyyət tərəfindən təzyiqlərlə üzləşib.
Rekord.az CNN-ə istinadən xəbər verir ki, millinin oyunçular özlərini düzgün aparmayacaqları təqdirdə, qohumlar həbs və işgəncə ilə hədələnirlər.
İslam İnqilabı Keşikçiləri Korpusunun onlarla zabiti milli komandanın oyunçularını izləyir. Futbolçulara milli komandanın olduğu yerdən çıxmaq və əcnəbilərlə görüşmək qadağandır. Futbolçular bu qaydaları pozarlarsa, onların yaxınları həbs oluna və işgəncə görə bilər.
Qeyd edək ki, İran - ABŞ matçı bu gün keçiriləcək. B qrupuna 4 xalla İngiltərə başçılıq edir. İran 3 xalla 2-ci, ABŞ isə 2 xalla 3-cüdür. Uels 1 xalla sonuncudur.