
İnzaqi postunda qalır
- 19 Sen 2022 23:25
- 429
"İnter"in baş məşqçisi Simeone İnzaqinin klubdakı gələcəyi məlum olub.
Rekord.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
46 yaşlı mütəxəssis komadanın yeni mövsümdəki uğursuz çıxışına baxmayaraq, vəzifəsindən qovulmayacaq.
"İnter" A seriyasının son - 7-ci turunda "Udineze"yə uduzub - 1:3. Həmçinin komanda bu 7 matçdan sonra cəmi 12 xal toplamağı bacarıb və turnir cədvəlində 7-cidir. Bildirilir ki, gərginlik daha da artsa belə, klub rəhbərliyi çalışdırıcını işdən qovmayacaq və ona dəstək olacaq. Mütəxəssisin noyabr ayında başlayacaq DÇ-2022-yə qədər vəziyyəti düzəltmək üçün vaxtı var.
Qeyd edək ki, İnzaqi 2021-ci ildən Milan təmsilçisini çalışdırır.