"İnter"in baş məşqçisi Simeone İnzaqi Çempionlar Liqasının "Portu" ilə keçiriləcək cavab 1/8 final matçı öncəsi fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, qarşılaşmanın onlar üçün çox mühüm əhəmiyyət kəsb etdiyini düşünür: "Oyunu ən yüksəl səviyyədə oynamaq istəyirik. Bu oyun bizim üçün irəli doğru mühüm addım ola bilər. "İnter" ardıcıl olaraq ikinci mövsümdür ki, 1/8 finala çıxır. Hansı ki, son 10 ildə ilk dəfədir bu hal olur. İndi biz daha da təkminləşməliyik və bunun üçün hər gün işləməliyik".

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda "İnter" 1:0 qalib gəlib.