
İnzaqi bunu bacaran ikinci məşqçi oldu
- 15:41
- 42
İtaliyanın "İnter" klubunu çalışdıran Simone İnzaqi ölkə çempionatları tarixində iki fərqli komandanın "sükanı arxasında" 100 və daha çox qələbə qazanan ikinci məşqçi olub.
Rekord.az xəbər verir ki, bu, A Seriyasının 36-cı turunda, "Torino" ilə matçda reallaşıb.
Turin klubu üzərində qazanılan 2:0 hesablı qələbə İtaliya çempionatında İnzaqinin rəhbərliyi altında "İnter" üçün 100-cü zəfər olub. Beləliklə, mütəxəssis çempionat tarixində iki fərqli komandanın "sükanı arxasında" 100 və daha çox matçda qalib gələn ikinci məşqçi olub.
Bu baxımdan “Roma”nın baş məşqçisi kimi 135, “Milan”ın "sükanı arxasında" isə 102 matçda qalib gələn Nils Liedholm liderliyini qoruyur.
“İnter” hazırda 77 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider “Napoli”dən cəmi 1 xal geri qalır.