Amerikanın investisiya fondu “Oaktree” “İnter”in yeni sahibi olub. 

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “neradzurra”nın əvvəlki sahibi Suning 2021-ci ildə götürdüyü 380 milyon avroluq krediti ödəyə bilmədiyi üçün “Oaktree” Milan klubunu təhvil alıb.

2020-ci ildən etibarən “Oaktree” “Suonsi” klubunun ortaq sahibidir.