Aleksis Sançes yay transfer pəncərəsində "İnter"i tərk edə bilər.

Rekord.az xəbər verir ki, “neradzurra” çililini satmaqda maraqlıdır.

Bununla maaş cədvəlində qənaət etməyi planlaşdırırlar.

Onun “İnter”lə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Müqavilədə göstərilib ki, Sançesi almaq istəyən klub 4 milyon avro ödəməlidir. Amma “İnter” onu daha ucuz qiymətə sata bilər.

Aleksis Milan klubunda 2020-ci ildən çıxış edir. O, “İnter”ə azad agent kimi keçib.