
"İnter"dən qələbə
- 01 May 2022 23:59
- 480
İtaliya A seriyasında 35-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün çempionluq uğrunda yarışan "İnter" səfərdə Udineze ilə qarşılaşıb. Oyun Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Udineze" - "İnter" - 1:2
Qollar: Perişiç, 12 (0:1), Martinez, 39 (0:2), Pussetto, 72 (1:2)
"İnter" bu qələbə ilə xallarını 75-ə çatdırıb. Komandanı lider "Milan"dan 2 xal ayırır. "Udineze" isə 43 xalla 12-ci pillədə qərarlaşıb.