"İnter Mayami"nin futbolçusu Federiko Redondo İspaniya təmsilçisi "Elçe"yə keçib.


Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. ABŞ klubu onun növbəti satışından müəyyən faiz alacaq.


Redondo cari mövsümdə "İnter Mayami"də 35 oyun keçirib.