Bakı çox gözəl şəhərdir.


Rekord.az xəbər verir ki, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri üçün qonaq qismində paytaxta gələn MMA idmançısı Arnold Allen jurnalistlərə açıqlamasında deyib.


İngiltərəli döyüşçü iyunun 27-də keçiriləcək turnirlə bağlı danışıb:


"Bakı çox gözəl şəhərdir. Bizi burada maraqlı, həyəcanlı gecə gözləyir. Günün əsas döyüşü barədə proqnoz verməkdə çətinlik çəkirəm. Məncə, şanslar bərabərdir. Amma Azərbaycanın MMA idmançısı Nazim Sadıxovun qələbə qazanacağını düşünürəm. O, çox güclü döyüşçüdür".


A.Allen futbolu az izlədiyini söyləyib:


"Bunun səbəbi daha çox öz sahəmə köklənməyimdir".


Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.