
İngiltərə və İspaniya son 5 mövsümdə ilk dəfə ÇL-in finalında təmsil olunmayacaq
- 15:20
- 42
İngiltərə və İspaniya UEFA Çempionlar Liqasının son 5 mövsümündə ilk dəfə finalda təmsil olunmayacaq.
Rekord.az xəbər verir ki, bu, turnirin yarımfinal mərhələsində ötən gün PSJ və "Arsenal" (İngiltərə) komandaları arasında baş tutan cavab matçından sonra reallaşıb.
Yarımfinalda iki oyunun nəticəsinə görə İngiltərə klubunu məğlub edən (1:0, 2:1) Paris təmsilçisi finalda "İnter"lə (İtaliya) üz üzə gələcək. Əvvəlki dörd mövsümdə İngiltərə və ya İspaniyadan ən azı bir klub finalda iştirak edib.
Çempionlar Liqasının final matçı mayın 31-də Münhendə baş tutacaq.