
İngiltərə Premyer Liqasına yüksələn iki komanda bəlli oldu
- 22 Apr 2025 13:30
- 94
2025/26 mövsümü üçün İngiltərə Premyer Liqasına yüksələn iki komanda bəlli olub.
Rekord.az xəbər verir ki, Çempionşipdə cari mövsümün başa çatmasına iki tur qalmış xallarının sayını 94-ə çatdıran "Börnli" və "Lids" kollektivləri bu hüquqa yiyələniblər.
Bu mövsüm Premyer Liqada zəif çıxış edən "Sauthempton" və "Lester Siti" kollektivlərinin aşağı Liqaya düşəcəkləri dəqiqləşib.