
İngiltərə klubları Avroliqanın finalında!
- 00:57
- 35
Avropa Liqasının finalçıları müəyyənləşib.
Rekord.az xəbər verir ki, yarımfinaldakı rəqiblərini hər iki oyunda məğlub etmiş İngiltərə klubları finalda qarşılaşmaq hüququ əldə ediblər.
“Bodo Qlimt”in qonağı olan “Tottenhem” səfərdə də inamlı qələbə qazanıb. “Mançester Yunayted” isə “Atletik”ə doğma meydanda bu dəfə 4 qol vurub.
Beləliklə, finalda “Tottenhem”lə “Mançester Yunayetd” üz-üzə gələcəklər. Qarşılaşma mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq.
Avropa Liqası
Yarımfinalın cavab oyunları
8 may
“Bodo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə) 0:2
Qollar: Solanke, 63. Porro, 69.
İlk oyun - 1:3.
“Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya) 4:1
Qollar: Maunt, 72; 90+1. Kazemiro, 80. Höylund, 85 – Xaureqisar, 31.
İlk oyun - 3:0.