“İnanıram ki, istədiyimiz “Kəpəz”i görəcəyik” - Azər Bağırov
- 2024-09-13 22:08
- 113
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 6-cı turu çərçivəsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
"Gərgin oyun oldu. Futbolçulara oyundan əvvəl matça fokuslanmaq barədə tapşırıq vermişdik. Rəqibin necə oynadığını bilirdik. Qol epizodları verməsək də, rəqibin üstün cəhətləri vardı. Texniki cəhətdən heyətlərində yaxşı futbolçular çıxış edir. Bizim də qol epizodlarımız oldu. Rəqibi təzyiqdə saxlaya bildik. Bunu daha da inkişaf etdirmək lazımdır. İnanıram ki, gələcək oyunlarda istədiyimiz "Kəpəz"i görəcəyik".