"Neftçi"nin baş məşqisi Yuri Vernidub Misli Premyer Liqasının 25-ci turunda doğma meydanda "İmişli"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 6:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:


“Öncə, hər kəsin bayramını təbrik edirəm. Bildiyimə görə, Azərbaycanda böyük bayramdır. Bassala Sambu və Vensan Abubakar zədələndilər. Ağadadaş Salyanski və Alesio Kurçi qalmışdı. Kurçi daha çox vingerdir, cinahlarda oynayır. Biz bu barədə düşündük. Qəbələdə də Freddi Varqasa şans vermişdik. Düşündük ki, bu oyunda da ona həmin mövqedə şans verək. Danışdıq ki, o, daha çox gizli "9 nömrə" olsun. Pis də alınmadı, yaxşı nəticə oldu. Bütün futbolçularıma təşəkkür edirəm ki, oyuna böyük arzu ilə çıxdılar. Çox gözəl əhval-ruhiyyələri var idi. Biz bundan qabaq "İmişli"yə bir dəfə uduzmuşduq, bir dəfə heç-heçə etmişdik. Bu da "Neftçi" üçün yaxşı nəticə deyildi. Biz öz borcumuzu qaytarmalıydıq. Onlar da bunu etdilər, minnətdaram. İstirahət üçün vaxtları olacaq. Ayın 24-dən məşqlərə başlayacağıq. Bizim səhv etmək şansımız yoxdur. Avrokuboklarda iştirak etməkdən üçün bu səhvlər olmamalıdır. Elə rəqiblərlə oyunlarımız olacaq ki, onlar da bu yerlər üçün oynayır. Orada artıq bizim xarakterimizi görə qələbələr qazana bilərik. Maraqlı olacaq. 


Baş məşqçi mənəm. Gördüyüm odur ki, Salyanski rəqabətdə digər oyunçulara bir az uduzur. Amma gəncdir, hələ həyatı qarşıdadır. Ona ümidlərim var. Daha çox məşq edərək, şans əldə edəcək. Bəzən səbr etmək lazımdır. Başa düşürəm, hamısı oynamaq istəyir.  


Komanda uduzursa, günahkar məşqçidir, udursa, səbəbkar futbolçulardır. Kimisə günahkar çıxarmaq istəmirəm. Əlimizdən gələni edirik ki, uduzmayaq. Məğlubiyyyətlər qaçılmazdır. Amma əsas odur ki, bu məğlubiyyəti həzm edə biləsən və yola davam edəsən. Xoşuma gələn o oldu ki, biz uduzandan sonra iki matçda qalib gəldik. Futbolçularım məğlubiyyəti həzm edərək, qarşıdakı matçlara qələbə üçün çıxırlar.


Hər rəqibimizi yaxşı təhlil edib, öyrənirik. Baxırıq, görürük ki, rəqib 4 yoxsa, 5 müdafiəçi ilə oynayır. Buna uyğun da strategiyamızı qururuq ki, sistemimiz bizə qələbə gətirsin. Çox ciddi təhlillər aparırıq. Gecə 2-3-dən tez yatmırıq, o qədər ciddi hazırlaşırıq. Səhər isə məşqə çıxırıq. Heç də asan iş deyil. Kənardan asan görünsə də, çox çətindir”.