
"İmişli"nin qapıçısı: "Biz qorxmalı deyilik, bizdən qorxunlar" - MÜSAHİBƏ
- 11:00
- 133
"İmişli"nin qapıçısı Andrey Sinenka Rekord.az-a müsahibə verib:
- "Neftçi" ilə oyunda 1 xal qazandınız. Oyunu necə şərh edərdin?
- Çətin oyun oldu. "Neftçi" Azərbaycanın statuslu komandasıdır. Bilirdik ki, asan olmayacaq. Ona görə oyuna ciddi hazırlaşmışdıq və rəqibə qarşı layiqincə mübarizə apardıq. Onların da qol imkanları oldu, bizim də.
- Çoxları düşünürdü ki, "İmişli" bu mövsüm autsayder olacaq.Lakin baxırıq ki, ilk iki turda iddialı komandalara qarşı oynamağınıza baxmayaraq, layiqli mübarizə apardınız. "Turan Tovuz"a son saniyədə məğlub oldunuz, "Neftçi"dən xal aldınız. Növbəti turda isə "Sabah"la üz-üzə gəlirsiniz...
- Düşünürəm ki, ambisiyalı komanda yığılıb, ambisiyalı rəhbərliyimiz və məşqçilər korpusumuz var. Hər kəs eyni məqsəd üçün vuruşur. Dəqiq deyirəm ki, autsayder olmayacayıq. Biz qorxmalı deyilik, bizdən qorxmalıdılar.
- Qarşınıza qoyulan əsas hədəf nədir?
- Komandamızın rəhbərliyi və baş məşqçimiz ictimaiyyətə hədəflərimizin nə olduğunu açıqlayıb və mənim əlavə nə isə demək səlahiyyətim yoxdur.
- "Turan Tovuz"la oyunda zədə aldın və sanki ciddi zədəyə oxşayırdı. Hazırda durumun necədi?
- Hər şey qaydasındadır, heç bir problem yoxdur.
- .....
-Şadam ki, komandaya faydam dəyir. İlk xalımızı götürdük və yolumuza davam etməliyik. Eyni zamanda səhvlərimizi də təhlil edib nəticə çıxarmalıyıq. Təhlil etməliyik ki, niyə bu səhvləri etdik, niyə qapımız qarşısında bu epizodlar yarandı. Təhlil edib çarəsini tapmalıyıq ki, növbəti oyunlarda bunların sayı daha az olsun.
- Keçən mövsüm I Liqada çıxış edirdin. Həmin liqa ilə Premyer Liqanı müqayisə edəndə hansı səviyyə fərqi var?
- Premyer Liqanın səviyyəsi təbii, yüksəkdir. Mən Belarusda Premyer Liqada oynamışam. I Liqada Azərbaycanda oynadım və mənim üçün çətin oldu. Çünki hər komandanın özünəməxsus oyun üslubu var idi. Artıq I Liqa keçmişdə qalıb.
- Azərbaycan çempionatında daha öncə də belaruslu futbolçular çıxış edib. Yaxın keçmişdə oynamış həmkarın Martyoşkinin adını çəkə bilərik...
- Martyoşkin məni "Dinamo" Minskə götürən şəxsdir. Onunla şəxsi tanışlığımız var, iki il bir yerdı işləmişik, mənim məşqçim olub. Yeqor Boqomolski ilə də Belarusda eyni komandada oynamışıq.
- İlk iki turda özünü yaxşı tərəfdən göstərmisən. Gələcəkdə daha iddialı komandalardan təklif olsa, qəbul edərsən?
- (Gülür) Bilirsiniz, insan plan qurur, qərarı Allah verir. Əgər gələcəkdə hansısa təklif olarsa, müzakirə etməyə gələr.
Anar XANLAROV