"İmişli"nin İmişliyə dönüşünü əngəlləyən səbəb
- 15:00
- 40
"İmişli" Premyer Liqaya qayıtsa da, İmişli heç cürə Premyer Liqaya qayıda bilmir.
Rekord.az xəbər verir ki, söhbət İmişli stadionundan gedir.
Sözügedən arena Premyer Liqanın tələblərinə cavab vermədiyi üçün "İmişli" məcbur şəkildə ev oyunlarını Qubada oynayır. Halbuki rəhbərlik İmişliyə dönmək üçün çox səy göstərir. Onlar İmişli stadionunu icarəyə götürüb əsaslı təmir etmək istəyir. Lakin məsələ burasındadır ki, stadionun məxsus olduğu MKT şirkəti icarə məsələsində razılaşmır. Onlar arenanı birdəfəlik satmaq istəyir ki, bu da çox böyük məbləğ edir. Klubun isə o qədər büdcəsi yoxdur ki, həm stadion ala, həm də xərc çəkib onu əsaslı təmir edə. Hazırda danışıqlar uzun müddətli icarə ətrafında aparılır və klub ümid edir ki, MKT yekunda buna razılıq verəcək.