"İmişli"nin baş məşqçisi postuna yeni namizəd
- 13:00
- 62
Kaşkilya ilə yollarını ayıran "İmişli" hazırda yeni baş məşqçi axtarışındadır.
Rekord.az-a daxil olan məlumata görə, rəhbərliyin siyahısında həm yerli, həm də əcnəbi məşqçilər var.
Yerli məşqçilər arasında əsas namizəd Samir Abasovdu. Abasov "İmişli"də işləməyin əlehinə deyil. Sadəcə, normal büdcə və hədəf olmalıdır.
Qeyd edək ki, Abasovun sonuncu iş yeri "Neftçi" olub.