"İmişli"dəki dəyişikliyin səbəbi nədir?
- 11:00
- 122
"İmişli"də "yarpaq tökümü" davam edir.
Rekord.az xəbər verir ki, İmişli təmsilçisi artıq 10 futbolçu ilə - Abbas Ağazadə, Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Andrey Sinenka, Rafael Vieqaş və Hüseynəli Quliyevlə vidalaşıb.
Bunun fonunda yalnız MOİK-dən Seyxan Fərəcov heyətə cəlb olunub. Baş məşqçi postuna da əcnəbi yox, yerli Fərid Namazov təyin olunub. Göründüyü kimi, komanda növbəti mövsüm üçün böyük pullar xərcləməyi, çoxsaylı legioner almağı düşünmür. Əksinə, xərclər azaldılıb. Bunun səbəbi nədir? Səbəb yeni mövsümdən akademiya ilə basğlı xərclərin artmasıdır. Çünki AFFA-nın tələbləri var. Güzəştlər də başa çatdı. İndi həm aşağı yaş qruplarından ibarət komanda formalaşdırmalısan, həm də qadın komandası yaratmalısan. Bunlar isə xərc tələb edir. Ona görə də rəhbərlik əsas komandanın büdcəsinə qənaət etməli olub.