İmişlidə cüdo idman növü üzrə rayon turniri keçirilib
- 08:31
- 31
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun və İmişli Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş cüdo idman növü üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə hər yaş və çəki dərəcəsi üzrə I yer, II yer və III yeri tutan idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.