Heydər Əliyev adına İmişli Mərkəzi Stadionu oyunları qəbul etməyı hazırdı.

Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi stadionun soyunub-geyinmə otaqlarına, arenanın qazonuna yenidən əl gəzdirib.

Hazırda qazon normal vəziyyətə gətirilib. Stadionun soyuq və isti su ilə təminatında da ciddi problem yoxdur. Hazırda klub rəhbərliyi PFL nümayəndələrinin yolunu gözləyir ki, arenaya baxıb növbəti dəfə rəylərini bildirsinlər. Rəy müsbət olarsa, komanda aprel ayından etibarən I Divizionda ev oyunlarını doğma İmişlidə keçirə biləcək.