
"İmişli" PFL-in yolunu gözləyir
- 31 Yan 2023 13:00
- 503
"İmişli"nin ikinci dövrədən ev oyunlarını doğma rayonda keçirib-keçirməyəcəyi hələlik məlum deyil.
Komandanın baş məşqçisi Ruhid Usubovun Rekord.az-a verdiyi məlumata görə, hazırda PFL-in yolunu gözləyirlər.
Yaxın günlərdə sözügedən qurumun əməkdaşları İmişliyə gedib stadionla baxıb yekun qərarlarını verəcəklər.