"İmişli" indi də Yevlaxa köçür? - ÖZƏL!
- 06 İyn 2026 15:00
- 355
"İmişli" yeni mövsümdən böyük ehtimalla Qubada oynamayacaq.
Rekord.az-a daxil olan məlumata görə, komanda rəhbərliyi yeni stadion axtarışına çıxıb.
İlkin variant kimi Ağsu stadionu daha real görünür. AFFA-nın balansında olan stadion yeni təmirdən çıxsa da, hələ də Premyer Liqa oyunlarına ev sahibliyi etməyib. Amma hələ dəqiq heç nə demək olmaz. Çünki etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Yevlax variantı da var. "İmişli" rəhbərliyi bu variant üzərində də düşünür. Çünki "Karvan" elitanı tərk etdiyi üçün gələn mövsüm Yevlax stadionu Premyer Liqa üçün boş olacaq.