
"İmişli" ikinci dövrədə ev oyunlarını harada keçirəcək?
- 01 Yan 2023 14:00
- 593
Stadion problemi ilə üzləşən "İmişli" ilk dövrədə ev oyunlarını qonşu Saatlıda keçirməli oldu.
Rekord.az xəbər verir ki, klub rəhbərliyi çalışır ki, komanda ikinci dövrədə ev oyunlarını doğma İmişlidə keçirə bilsin.
Əldə etdiyimiz məlumata görə, məhdud imkanlarla Heydər Əliyev adına stadionda müəyyən işlərin görülməsi nəzərdı tutulub. Həmin işlər yanvarın sonuna kimi yekunlaşsa, "İmişli" fasilədən sonra rəqiblərini doğma rayonda qəbul edə biləcək.