I Divizionda çıxış edən "İmişli" ianə kampaniyasına başlayıb.

Rekord.az xəbər verir ki, bununla bağlı bank hesabı açılıb, sosial şəbəkələrdən azarkeşlərə çağırışlar edilib.

Çox maraqlıdır ki, "İmişli" AFFA tərəfindən maliyyələşdirilir, futbolçu və məşqçi heyətinin bütün maaşını, nəqliyyat xərclərini hamısını federasiya ayırdığı büdcə ilə qarşılayır. Görünür ya büdcə yetərli deyil, ya da aylıq vəsaitlə bağlı sıxıntılar var ki, klub özü bu cür kampaniyaya start vermək qərarına gəlib.