"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Xəlil Mürsəlli ilə anlaşıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.


Mürsəlli “Sabah”ın əvəzedicilərdən ibarət komandasında çıxış edib.