"İmişli"yə yeni sponsorun gəlməsi haqda bir neçə gün öncə xəbər vermişdik.

Rekord.az-ın xəbəri təsdiqləndi və bölgə təmsilçisi dünən “RDC” MMC şirkəti ilə rəsmən sponsorluq müqaviləsi bağladı.

Bununla da "“RDC” MMC" "İmişli"nin baş sponsoru oldu. Növbəti mövsümlə bağlı hədəflər də böyüyüb. Əldə etdiyimiz məlumata görə, rəhbərlik Premyer Liqaya vəsiqə uğurunda mübarizə aparmaq istəyir. Hətta bunun üçün komandaya legioner futbolçuların cəlbi də nəzərdə tutulub.