28 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin video-konfrans vasitəsilə Ümumi yığıncağı keçirilmişdir.

Rekord.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov iclası açıq elan edib və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. Daha sonra gündəlikdə olan məsələlər müzakirəyə çıxarılmışdır.

Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2017-2021-ci illər üzrə fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Tokioda keçirilən 16-cı Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş, 4 bürünc medal qazanan Milli Paralimpiya Komandası yüksək nəticə göstərib. Bu uğurun davamı olaraq da 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək 17-ci Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Milli Paralimpiya Komitəsi tərəfindən görülən işlər haqqında geniş məlumat verib.

Ümumi yığıncaqda Tokio-2020 16-cıYay Paralimpiya Oyunlarının mükafatçıları Milli Paralimpiya Komitəsinə üzv seçiliblər.

Yığıncaqda təşkilati məsələlərə də baxılıb. MPK-nin üzvlərinin səsverməsi nəticəsində İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib. İlham Zəkiyev və Yaşar Hacıyev Komitənin vitse-prezidenti, Kamal Məmmədov isə baş katibi vəzifələrinə seçiliblər. Yığıncaqda MPK-nin İcraiyyə Komitəsinin aşağıdakılardan ibarət yeni tərkibi də təsdiq edilib:

Rəhimov İlqar Elxan oğlu – ARMPK-nin prezidenti, İcraiyyə komitəsinin sədri

Zəkiyev İlham Əzizağa oğlu – ARMPK-nin vitse-prezidenti, İcraiyyə komitəsinin üzvü

Hacıyev Yaşar Fərəc oğlu – ARMPK-nin vitse-prezidenti Sumqayıt Paralimpiya İdman Komitəsinin direktoru, İcraiyyə komitəsinin üzvü

Məmmədov Kamal Cabir oğlu – ARMPK-nin baş katibi, İcraiyyə komitəsinin katibi

Sultanova Afaq Vaqif qızı –Cüdo üzrə Paralimpiya çempionu, İB-nin baş katibi, İcraiyyə komitəsinin üzvü

Kərimova Vüsalə Akif qızı – “Əlil İdmançılara dəstək”, İB-nin baş katibi, İcraiyyə komitəsinin üzvü

Sadıxov Sadıx Asəf oğlu – “Neftçi” İK icraçı direktoru, İcraiyyə komitəsinin üzvü

Məmmədov Aydın Ağa oğlu – GİN-nin sektor müdiri, İcraiyyə komitəsinin üzvü

Behbudov Vüqar Şəfa oğlu – Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri, İcraiyyə komitəsinin üzvü

Kərimov Mehman Bayram oğlu – Milli Olimpiya Komitəsinin şöbə müdiri, İcraiyyə komitəsinin üzvü

Zeynalova Afaq Şakir qızı – Qış idman növləri federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, İcraiyyə komitəsinin üzvü