İlqar Nadiri "Səbail"dən halallıq aldı, Azər Məmmədov rəsmən "Kəpəz"də!
- 10 İyn 2023 19:02
- 1205
Azər Məmmədov "Səbail"in məşqçisi postundan rəsmən ayrılıb və "Kəpəz"in baş məşqçisi kimi müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu keçidin baş tutması üçün "Kəpəz"in idarə heyətinin sədri İlqar Nadiri "Səbail" rəhbərliyindən, baş məşqçi Şahin Diniyevdən halallıq alıb.
Bu gün axşam, ən uzağı sabah günortaya kimi, "Kəpəz" tərəfi transferi rəsmən açıqlayacaq.