Məlum olduğu kimi, "Kəpəz" klubunun futbolçuları 2 aydır ki, maaş almır.

Rekord.az xəbər verir ki, aprel ayının başladığını da nəzərə alsaq, artıq 3 ay da demək olar.

Problem AFFA-dan qaynaqlanır. Çünki "Kəpəz"in sponsoru olmadığı üçün yeganə maliyyə mənbələri federasiyadır. Federasiya isə səbəb göstərmədən yanvar və fevral aylarının köçürmələrini uzadır. Yayılan məlumatlara görə, klubun idarə heyətinin sədri İlqar Nadiri futbolçularının maaşının bir hissəsini cibindən ödəməli olub. Təbii ki, vəsait klubun hesabına köçürüləndə həmin məbləği ordan götürmək şərti ilə.