Azərbaycanın daha üç paracüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən qran-pridə medal qazanıb.

Rekord.az xəbər verir ki, İlham Zəkiyev (+90 kq) və Xanım Hüseynova (70 kq) gümüş mükafata yiyələniblər.

Zəkiyev J1 kateqoriyasında, Hüseynova isə J2 kateqoriyasında final görüşündə rəqiblərinə məğlub olublar.

Dürsədəf Kərimova (+70 kq) isə bu yarışda üçüncü yeri tutub. O, J2 kateqoriyasında bürünc medal uğrunda görüşdə fransalı rəqibini məğlub edib.

Xatırladaq ki, ötən gün Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) ikinci, Namiq Abaslı (73 kq) isə üçüncü yeri tutublar.