İlham Əliyev final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- 20:00
- 43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib.
Rekord.az xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər.
Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.
Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.