
İkinci oyunda darmadağın
- 30 İyl 2022 01:25
- 548
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 3:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında iyulun 26-da keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi.