Gənc boksçular arasında Azərbaycan birinciliyində ikinci günün döyüşləri başa çatıb.

Rekord.az xəbər verir ki, 50 komandanın 176 idmançısının qatıldığı yarışda bu gün 9 çəki dərəcəsində 31 qarşılaşma keçirilib.

48, 51, 57, 60, 75, 80, +92 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçuların adlarına aydınlıq gəldiyi halda, 86 və 92 kq çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib.

Sabah – birinciliyin üçüncü günündə 36 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 14:00-da başlanacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən yarışa fevralın 16-da yekun vurulacaq.

Azərbaycan birinciliyi
İkinci günün nəticələri

48 kq
1/8 final mərhələsi
Sinan Əliyev (Naxçıvan MR) – Aqşin Əlibalayev (Şəki) – 5:0

51 kq
1/8 final mərhələsi
Emil Paşayev (ROİL) – Kamil Həşimov (Sumqayıt) – 0:5
Cəlal Cəfərli (Abşeron) – Səid Mirzəyev (Cəlilabad) – birinci tam üstünlüklə qalib gəlib
Natiq Bünyatzadə (“Gömrükçü” İK) – Nihat Tağızadə (“Qızıl Əlcək” İK) – ikinci tam üstünlüklə qalib gəlib

57 kq
1/8 final mərhələsi
Arif Bayramov (“Təhsil” RİM) – Fərid İsmayılov (Şəmkir) – birinci qalib gəlib
Hafiz Əsədullayev (“Gömrükçü” İK) – Osman Ağayev (“Spartak” İC) – 0:5
Röyal Səmədov (“Neftçi” İK) – Sabir Verdizadə (Mingəçevir) – 0:5
Seyidəli Bayramov (UGM-13) – Əli Əliyev (ROİL) – birinci tam üstünlüklə qalib gəlib
Nadir Məlikov (“Təhsil” RİM) – Nazim Abuzərli (Naxçıvan MR) – 5:0
İbrahim Yusifov (Sumqayıt) – İlkin Dəmirov (Siyəzən) – birinci tam üstünlüklə qalib gəlib
Əli Ağayev (UGM-7) – Rüfət Qənizadə (“Kür” İK) – 5:0
Ülvi Mirzəyev (FHN İK) – Nihat Qurbanlı (“Neftçi” İK) – 1:4

60 kq
1/8 final mərhələsi
Rəvan Qasımlı (DİN İC) – Vüqar Tağıyev (Şəki) – ikinci döyüşə gəlməyib
Əfqan Abbasov (Sabirabad) – Məhəmmədəli Əliyev (Cəlilabad) – ikinci döyüşə gəlməyib
Məhəmməd Mirzəzadə (Göyçay) – İlkin Abbasov (“Kür” İK) – 0:5
Röyal Ağaxanov (Gəncə) – Aslan Quliyev (“Neftçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Əli Səmədli (Mingəçevir) – Nurəhməd Sadıqov (Qəbələ) – birinci tam üstünlüklə qalib gəlib
Tural Həsənov (Abşeron) – İlyas Əhmədov (ROİL) – birinci tam üstünlüklə qalib gəlib
Tağı Tağızadə (“Təhsil” RİM) – Rövlan Məmmədov (“Səbail”) – 3:1
Tələt Ələsgərli (MOİK) – İsmayıl İsmayılzadə (“Qızıl əlcək” İK) – 0:5

75 kq
1/8 final mərhələsi
Aslan Adıgözəlov (Sumqayıt) – İsa Fərzəliyev (Ağcabədi) – birinci tam üstünlüklə qalib gəlib
Səid Bağırov (Xaçmaz) – Sənan Kazımlı (UGM-7) – 0:5
Seyfəddin Səfərov (Zaqatala) – Fəqan Məmmədov (MOİK) – 1:4

80 kq
1/8 final mərhələsi
Sərxan Budaqov (“Təhsil” RİM) – Ramiz Tarverdiyev (“Qəbələ” İK) – 5:0
Nemət Namazov (“Spartak” İC) – Zakir Abdullayev (Salyan) – 0:5

86 kq
1/4 final mərhələsi
Rəvan Teyyubov (Şabran) – İbad Mirzəyev (UGM-13) – 0:5
Yusif Muxtarov (“Neftçi” İK) – Elay Səmədov (“Təhsil” RİM) – ikinci tam üstünlüklə qalib gəlib

92 kq
1/4 final mərhələsi
Eldar Əsədli (“Təhsil” RİM) – Aslan Mövsümov (DİN İK) – 0:5
Məcid Əliyev (“Neftçi” İK) – Məmməd Quliyev (Tərtər) – ikinci tam üstünlüklə qalib gəlib

+92 kq
1/8 final mərhələsi
Fuad Hüseynzadə (Mingəçevir) – Dəyanət Vəliyev (UGM-7) – 0:5
Təyyar Əliyev (Naxçıvan MR) – Aqil Heydərov (MOİK) – 0:5