
İkardi tarixə düşdü, “Qalatasaray” ilki yaşadı
- 06 Apr 2023 12:30
- 362
Mauro İkardi Türkiyənin “Qalatasaray” klubunun tarixinə düşüb.
Rekord.az xəbər verir ki, 30 yaşlı futbolçu komandasının NEF stadionunda vurduğu 600-cü qolun müəllifi olub.
O, buna Türkiyə kubokunun 1/4 finalında “Başakşəhər”ə qarşı keçirdikləri oyunda nail olub. İkardi bu görüşün 51-ci dəqiqəsində fərqlənməklə komandasının 2-ci qoluna imza atıb. Lakin yekunda 2:3 hesabıyla uduzan “Qalatasaray” kubokda mübarizəni dayandırıb.
“Qalatasaray” cari mövsümdə bir ilki də yaşayıb. Okan Burukun rəhbərlik etdiyi kollektiv bu mövsüm ilk dəfə bir oyunda qapısından 3 top buraxıb.