
III MDB Oyunlarında voleybol yarışlarının təqvimi
- 16:30
- 38
Ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarında voleybol yarışlarının təqvimi müəyyənləşib. "Rekord.az" xəbər verir ki, Gəncə şəhərində keçirilən voleybol yarışlarında Azərbaycan, Özbəkistan, Tacikistan, Rusiya, Belarus və Qırğızıstan milli komandaları iştirak edirlər.
Qarşılaşmalara sentyabrın 29-da start veriləcək. Bütün oyunlar Gəncə İdman Sarayında təşkil olunacaq.
III MDB Oyunları – U-15 qızlar
A qrupu: Azərbaycan, Özbəkistan, Tacikistan
B qrupu: Rusiya, Belarus, Qırğızıstan
Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər (A1–B2, B1–A2). Bu oyunların nəticələrinə əsasən final və bürünc medal uğrunda görüşlərin iştirakçıları müəyyən olunacaq.
III MDB Oyunları – U-17 oğlanlar
Azərbaycan, Özbəkistan, Rusiya, Belarus və Qırğızıstan komandaları dairəvi sistem üzrə qarşılaşacaqlar. Turnir cədvəlinin yekun nəticələrinə əsasən mükafatçılar müəyyənləşəcək
Yarış cədvəli
29 sentyabr 2025 – Qızlar
• 16:00 – Belarus – Qırğızıstan
• 18:30 – Azərbaycan – Tacikistan
30 sentyabr 2025 – Oğlanlar
• 16:00 – Rusiya – Özbəkistan
• 18:30 – Azərbaycan – Qırğızıstan
1 oktyabr 2025 – Qızlar
• 16:00 – Rusiya – Belarus
• 18:30 – Özbəkistan – Tacikistan
2 oktyabr 2025 – Oğlanlar
• 16:00 – Belarus – Qırğızıstan
• 18:30 – Azərbaycan – Özbəkistan
3 oktyabr 2025 – Qızlar
• 16:00 – Qırğızıstan – Rusiya
• 18:30 – Özbəkistan – Azərbaycan
4 oktyabr 2025 – Oğlanlar
• 16:00 – Belarus – Özbəkistan
• 18:30 – Azərbaycan – Rusiya
5 oktyabr 2025
Qızlar – Yarımfinal:
• 10:00 – A1 – B2
• 13:00 – B1 – A2
Oğlanlar:
• 16:00 – Özbəkistan – Qırğızıstan
• 19:00 – Rusiya – Belarus
6 oktyabr 2025
Qızlar – Final mərhələsi:
• 10:00 – Bürünc medal oyunu
• 13:00 – Final
Oğlanlar:
• 16:00 – Rusiya – Qırğızıstan
• 19:00 – Azərbaycan – Belarus
Oyunlardan sonra mükafatlandırma mərasimi keçiriləcək.