
III MDB Oyunlarında növbəti qarşılaşmalar baş tutub
- 19:39
- 40
III MDB Oyunlarında qızların mübarizəsində növbəti qarşılaşmalar keçirilib. "Rekord.az" xəbər verir ki, Gəncə İdman Sarayında iki görüş təşkil edilib.
İlk olaraq meydana Rusiya və Belarus komandaları çıxıblar. Oyun rusiyalı voleybolçuların quru hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər matçında Özbəkistan və Tacikistan yığmaları üz-üzə gəliblər. Bu oyunda isə Özbəkistan voleybolçuları 3:0 hesabı ilə qələbə qazanıblar.
III MDB Oyunları
1 oktyabr (Gəncə İdman Sarayı)
B qrupu
Rusiya - Belarus 3:0 (25:10, 25:13, 25:16)
A qrupu
Özbəkistan - Tacikistan 3:0 (25:18, 25:7, 25:12)